Danimarkanın paytaxtı Kopenhagendə Qrenlandiyaya dəstək aksiyası keçirilib
Danimarkanın paytaxtı Kopenhagendə Qrenlandiyaya dəstək aksiyası keçirilib

Danimarkada Qrenlandiyaya dəstək aksiyası keçirilib.

Nümayişçilər Kopenhagendə ABŞ səfirliyinin qarşısında toplaşıblar və müxtəlif şüarlar səsləndiriblər, o cümlədən “Əllərinizi Qrenlandiyadan çəkın”.

“Biz Amerikanın Qrenlandiyanı ilhaq etmək bəyanatlarına və ambisiyalarına etiraz edirik. Danimarka Krallığının və Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququna hörmət tələb edirik. Aramızda Qrenlandiyanı dəstəkləyənlərin çox olduğunu etibarlı şəkildə göstərə bilərik”, – “İnuit” təşkilatının sədri Kamila Siezinq bildirib.