Danimarkanın xarici işlər naziri – Qrenlandiya müstəqil ola bilər, əgər bunu onun sakinləri istəyirlərsə, ama ABŞ-ın ştatı olmayacaq

20:12, 08.01.2025

Qrenlandiya müstəqil ola bilər, əgər bunu onun sakinləri istəyirlərsə, ama o ABŞ-ın ştatı olmayacaq, – bu barədə Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussen bildirib.

Danimarka XİN rəhbərinin söylədiyinə görə, Kopenhagen Qrenlandiyanın öz ambisiyalarının olduğunu tam qəbul edir və onlar həyata keçirilərsə, Qrenlandiya müstəqil olacaq.

“Düşünmürəm ki, biz xarici siyasi böhran içindəyik. Biz Amerika ambisiyalarının həyata keçirilməsini təmin etmək üçün indikindən daha sıx əməkdaşlıq etmək üçün amerikalılarla dialoqa açığıq”, – deyə Lars Loke Rasmussen bildirib.

Paralel olaraq Qrenlandiyanın lideri Muthe Egedenin Kopenhagendə Danimarka kralı X Frederik ilə danışıqlar apardığı məlumatı yayılır.

Oxşar