Danimarkanın Baş Qərargah rəisi bildirir ki, Avropa ölkələri hələ müharibəyə tam hazır deyillər - "yanaşmamızı dəyişməliyik ki, rəqibimizdən daha yaxşı hazır olaq"
Danimarka Baş Qərargah rəisi Mikael Viqers Hildqaard hesab edir ki, Avropa ölkələri hələ müharibəyə tam hazır deyillər. Bu barədə Mikael Viqers Hildqaard bunu Paris Müdafiə və Strategiya Forumunda bildirib.
Hildqaard ölkələri Rusiyanın bu onilliyin sonuna qədər NATO ərazisinə hücum edə biləcəyi barədə xəbərdar etdi.
“Biz yanaşmamızı dəyişməliyik, təhlildən əməliyyata keçməliyik. Bizə mükəmməl hazır olmaq lazım deyil, bizə lazım olan rəqibimizdən daha yaxşı hazırlıqlı olmaqdır”, – Mikael Viqers Hildqaard bildirib.
Həmçinin Danimarka Baş Qərargah rəisi qeyd edib ki, əgər Avropa 2030-cu ilə qədər müdafiə qabiliyyətinə sahib olmaq istəyirsə, indi buna hazırlaşmağa başlamalıdır.
“Yüksək intensivlikli müharibə ssenari deyil, reallıqdır. İtirilmiş zamanı heç nə əvəz edə bilməz; keçmiş zaman əbədi olaraq itirilib”, – Danimarka Baş Qərargah rəisi qeyd edib.