Danimarkanın Baş naziri – “Qırmızı xəttlər”lə bağlı müzakirələri dayandırmalıyıq və Rusiya ərazisində silahdan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmalıyıq

12:24, 23.09.2024

 
“Qırmızı xəttlər”lə bağlı müzakirələri dayandırmalıyıq və Rusiya ərazisində silahdan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmalıyıq – bu haqda Danimarkanın Baş naziri Mete Frederiksen bildirib.

“Fikrimcə, silahdan istifadəyə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır” – Frederiksen bildirib.

Danimarkanın Baş naziri, Rusiya ərazisində Qərb silahlarından istifadəyə icazənin müttəfiqləri müharibənin iştirakçısına çevirəcəyinə və cəbhədə gərginliyə səbəb olacağına inanmadığını bildirib.

“Mənim təklifim budur: “Qırmızı xəttlər”lə bağlı müzakirələrə son qoyaq. Ən vacib “Qırmızı xətt” artıq keçilib. Bu, ruslar Ukraynaya daxil olanda baş verdi” – Frederiksen bildirib.

Oxşar