Danimarkanın Avropa İttifaqındaki səfiri - Danimarka, Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqları eyni tempdə aparmasını istəyir
Danimarkanın Avropa İttifaqındaki səfiri - Danimarka, Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqları eyni tempdə aparmasını istəyir

Danimarka, Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqları eyni tempdə aparmasını istəyir, – bu barədə Danimarkanın Avropa İttifaqındakı səfiri Karsten Qronbek-Yensen bildirib.

Danimarka 1 iyuldan etibarən Avropa İttifaqı Şurasına sədrlik edəcək.

Danimarkanın Avropa İttifaqındaki səfirinin dediyinə görə, Danimarka Avropa İttifaqı Şurasına sədrliyi dövründə Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük danışıqlarının eyni sürətlə irəliləməsinə nail olmağa çalışacaq.

“Biz Ukrayna və Moldova ilə eyni vaxtda irəliləmək istəyirik və hazırda bunu necə edəcəyimizi düşünürük”, – Qronbek-Yensen bildirib.

Səfirin söylədiyinə görə, Avropa İttifaqı Ukrayna ilə bağlı bu vəzifəni yerinə yetirməkdə çətinliklərlə üzləşir.

“Hüquqi və siyasi məhdudiyyətlər var. Biz irəliləyiş istəyirik və ümid edirik ki, bacaracağıq, lakin bu asan deyil”, – səfir qeyd edib.

Xatırladaq ki, 2025-ci ilin yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədr ölkə Polşa idi, ondan əvvəl isə Şuraya altı ay müddətində Macarıstan rəhbərlik edirdi.