Danimarka XİN - “Biz müxalifət liderlərinin "Gürcü Arzusu" tərəfindən həbsini qəti şəkildə pisləyir və hədəfli sanksiyaları dəstəkləyirik
Danimarka XİN - “Biz müxalifət liderlərinin "Gürcü Arzusu" tərəfindən həbsini qəti şəkildə pisləyir və hədəfli sanksiyaları dəstəkləyirik

Danimarka müxalifət liderlərinin “Gürcü Arzusu” tərəfindən həbsini qəti şəkildə pisləyir və hədəfli sanksiyaları dəstəkləyir. Bu barədə Danimarka Xarici İşlər Nazirliyinin sosial şəbəkədə yaydığı, Xarici İşlər Naziri Lars Lökke Rasmussenin bəyanatında deyilib.

Onun sözlərinə görə, Danimarka vətəndaş cəmiyyətinin təqibini və Mzia Amağlobelinin uzun müddətdir, həbsdə saxlanmasını pisləyir.

“Danimarka müxalifət liderlərinin “Gürcü Arzusu” tərəfindən həbsini, vətəndaş cəmiyyətinin təqibini, müstəqil mediaya qarşı repressiyaları və Mzia Amağlobelinin uzun müddət həbsdə saxlanılmasını qətiyyətlə pisləyir. Danimarka məqsədyönlü sanksiyaları dəstəkləyir”, – Rasmussenin bəyanatında deyilib.