Dalia Qribauskaite - Gürcüstan Cənubi Qafqazda arxalana biləcəyimiz yeganə ölkədir
Əgər razılıq və zərurət yaransa, Gürcüstanın NATO üzvlüyünə doğru gedən proses tezləşdirilə bilər, – Bu bəyanatı Litva prezidenti Dalia Qribauskaiye Gürcüstanın NATO-ya qoşulması ilə bağlı verdi.
“Gürcüstan NATO-ya çox yaxındır. NATO əsgərləri gürcü əsgərlərini tanıyırlar. Düşünürəm ki, növbəti müsbət qərar üçün bu ciddi əsasdır” – dedi Qribauskaite Birinci Kanala verdiyi müsahibə zamanı.
“Biz həmişə deyirdik ki, Gürcüstan layiqli və əhəmiyyətli partnyorumuzdur.
Gürcüstan müvəffəqiyyətli islahatlar həyata keçirir və Cənubi Qafqazda arxalana biləcəyimiz yeganə ölkədir” – dedi Litva prezidenti.