Daxili İşlər Nazirliyinin məlumatına görə, Mtsxeta-Mtianeti polisi Duşetidə qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin əməkdaşları Duşetidə baş vermiş qəsdən adam öldürmə faktını “isti izlər”lə açıb. Keçmişdə məhkum olunmuş, 1991-ci il təvəllüdlü L.Z. saxlanılıb. Bu barədə məlumatı DİN yayır.
Qurumun məlumatına görə, aparılan istintaqla müəyyən edilib ki, cari ilin 25 aprel tarixində, gecə saatlarında Duşeti bələdiyyəsində dörd nəfər arasında baş verən qarşılıqlı mübahisə fiziki qarşıdurmaya çevrilib və bu vaxt dördü də soyuq silahla xəsarət alıb.
“Yaralılardan biri – 1979-cu il təvəllüdlü Q. B. aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib, qarşıdurmada iştirak edən digər üç nəfər isə tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qeyd olunan cinayət işi üzrə aparılan istintaqla müəyyən edilir ki, 1991-ci il təvəllüdlü L.Z. Q.B.-yə ölümcül xəsarət yetirib.
Cinayətdə təqsirləndirilən L.Z. müvafiq tibbi prosedurlardan keçirildikdən sonra hüquq-mühafizə orqanları tərəfindən qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.
İş üzrə əlavə məlumatların müəyyən edilməsi və sübutların əldə olunması məqsədilə müvafiq istintaq hərəkətləri davam etdirilir.
“İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır, bu da 15 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur “, – DİN-in məlumatında qeyd olunub.