Daxili İşlər Nazirliyində ictimai məkanda nifrət dili, təhqiramiz kampaniyalar və aqressiv ünsiyyətin sistemli monitorinqi və müvafiq reaksiya verilməsi funksiyasını yerinə yetirəcək xüsusi idarə yaradılacaqdır
Daxili İşlər Nazirliyində ictimai məkanda nifrət dili, təhqiramiz kampaniyalar və aqressiv ünsiyyətin sistemli monitorinqi və müvafiq reaksiya verilməsi funksiyasını yerinə yetirəcək xüsusi idarə yaradılacaqdır

Gürcüstanın Daxili İşlər Nazirliyi və nazirlə keçirilən kifayət qədər ətraflı, məzmunlu məsləhətləşmələr nəticəsində razılığa gəldik ki, Daxili İşlər Nazirliyində ən qısa müddətdə xüsusi idarə yaradılacaq. Bu idarənin əsas funksiyası ictimai məkanda nifrət dili, təhqiramiz kampaniyalar və aqressiv ünsiyyətin sistemli monitorinqi və müvafiq hüquqi reaksiya verilməsi olacaqdır, – bu barədə Gürcüstanın Baş nazirinin müavini, hüquq-mühafizə orqanlarının əlaqələndirilməsi məsələləri üzrə dövlət naziri Mamuka Mdinaradze bu gün keçirilən brifinqdə bəyan edib.

Onun sözlərinə görə, dövlətin vəzifəsi fərqli fikirlərin qorunduğu, eyni zamanda nifrətin, düşmənçiliyin və təhqirin təşviq edilməsinin qəbuledilməz sayıldığı mühitin yaradılmasını təmin etməkdir.

Mamuka Mdinaradzenin qeyd etdiyi kimi, debat üçün məkanın açılması ilk vacib addım idi və bu gündən etibarən bu istiqamətdə daha bir vacib mərhələ başlayır.

“Bir neçə ay əvvəl Irakli Kobaxidze olduqca mühüm bir təşəbbüslə çıxış etdi. Bu təşəbbüs debat məkanının açılmasının vacibliyi ilə bağlı idi. O, həmin vaxt açıq şəkildə qeyd etdi ki, müəyyən xarici aktorlar tərəfindən illər ərzində cəmiyyətdə fikir müxtəlifliyi, arqumentləşdirilmiş debatlar və konstruktiv polemika olmasın deyə, ictimai müzakirə məkanı məqsədli şəkildə, süni surətdə qapadılırdı. Bunun əvəzinə, xarici qüvvələr tərəfindən qarşıdurma, nifrət və qütbləşmə təşviq edilirdi. Təəssüf ki, bu proses həm siyasi, həm də sosial həyatda təhqiramiz və aqressiv ritorikanın, həm siyasi, həm də ictimai münasibətlərin bir növ standartı kimi formalaşması ilə müşayiət olundu.

Biz məsuliyyətli bir hakimiyyət olaraq hesab edirik ki, dövlətin öhdəliyi fərqli fikirlərin qorunacağı, eyni zamanda nifrət, düşmənçilik və təhqirin təşviq edilməsinin qəbuledilməz olacağı bir mühitin yaradılmasını təmin etməkdir. Debat məkanının açılması ilk mühüm addım idi, bu gündən isə biz bu istiqamətdə növbəti mühüm mərhələyə keçirik. Gürcüstanın Daxili İşlər Nazirliyi və nazirlə keçirilən kifayət qədər ətraflı, məzmunlu məsləhətləşmələr nəticəsində razılığa gəldik ki, Daxili İşlər Nazirliyində ən qısa müddətdə xüsusi idarə yaradılacaq. Bu idarənin əsas funksiyası ictimai məkanda nifrət dili, təhqiramiz kampaniyalar və aqressiv ünsiyyətin sistemli monitorinqi və müvafiq hüquqi reaksiya verilməsi olacaqdır. Əlbəttə ki, bura nifrət dili, ədavətin qızışdırılması, ləyaqətin təhqir olunması və digər bu kimi əməlləri ehtiva edən hər növ ictimai ünsiyyət daxildir. Prinsipial olaraq mühümdür ki, sözügedən idarə proaktiv rejimdə fəaliyyət göstərəcək və reaksiya verilməsi yalnız vətəndaşın şikayətindən asılı olmayacaqdır. Qurum özü monitorinqin hazırlanmasını, müvafiq hüquqi qiymətləndirilməsini həyata keçirəcək və ehtiyac yarandığı təqdirdə, materialları özü məhkəməyə göndərəcəkdir”, – Mamuka Mdinaradze qeyd edib.