Daxili İşlər Nazirliyi Tsalkada xüsusilə külli miqdarda yüngül narkotik vasitə və odlu silah müsadirə edib, iki şəxs saxlanılıb

11:42, 07.02.2026

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin və odlu silahın qanunsuz əldə edilməsi və saxlanması ittihamı ilə iki şəxsi – 2003-cü il təvəllüdlü D.M. və əvvəllər məhkum olunmuş 1954-cü il təvəllüdlü S.M.-nı müxtəlif vaxtlarda saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində hər ikisini təqsirləndirilən şəxs qismində saxlayıblar.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları Tsalka bələdiyyəsində D.M.-nin şəxsi, avtomobilində və yaşayış evində axtarış zamanı xüsusilə külli miqdarda – 760 qram “qurudulmuş marixuana”nı və S.M.-nin yaşayış evində və köməkçi anbarlarında aparılan axtarış zamanı isə pulemyot, 2 ədəd patron darağı və 26 ədəd silah patronunu maddi sübut kimi götürüblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndi və 236-cı maddəsinin 3-cü hissəsi ilə aparılır, bu da 20 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DİN-in yaydığı məlumatda deyilib

Oxşar