Daxili İşlər Nazirliyi Tetritsğaro bələdiyyəsində odlu silahlar və narkotik vasitə müsadirə edib, bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Tetritsğaro Rayon İdarəsinin əməkdaşları odlu silah, döyüş sursatı və narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə bir nəfəri saxlayıblar.
Polis Tetritsğaro bələdiyyəsində təqsirləndirilən şəxsin yaşayış evinə və köməkçi tikililərində baxış zamanı avtomat odlu silah, ov tüfəngi, tapança, patron darağı və müxtəlif modelli odlu silahlar üçün nəzərdə tutulmuş 35 ədəd silah patronunu maddi sübut kimi götürüblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin narkotik maddə olan qurudulmuş “marixuana”nı da müsadirə ediblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 260-cı maddələri ilə aparılır, bu da 6 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.