Daxili İşlər Nazirliyi “Polis haqqında” qanuna edilən dəyişiklikləri izah edir
Daxili İşlər Nazirliyi “Polis haqqında” qanuna edilən dəyişiklikləri izah edir.
“Bir neçə qeyri-hökumət təşkilatı tərəfindən guya qəbul edilmiş qanunvericilik dəyişiklikləri nəticəsində polisə heç bir əsas olmadan, konkret olaraq yalnız gələcəkdə qanunsuz əməl törədə biləcəyinə dair ümumi şübhə əsasında şəxsi saxlamaq səlahiyyəti verilməsinə dair yayılmış bəyanata münasibət bildirmək istərdik.
Həyata keçirilən qanunvericilik dəyişikliyi ilə müəyyən edilib ki, şəxsin artıq qanun pozuntusu törətməsi və bununla yanaşı, onun yenidən qanuna zidd əməl törədəcəyi barədə mötəbər məlumat olması halında, polisin qanun pozuntusunun mümkün törədilməsinin qarşısının alınması və ona qarşı ədalət mühakiməsinin həyata keçirilməsi məqsədilə bu şəxsi saxlamaq səlahiyyəti var.
Xüsusilə qeyd etmək istərdik ki, qeyd olunan dəyişikliklər Avropa Məhkəməsinin standartlarına və Avropa ölkələrinin ən yaxşı təcrübələrinə uyğundur. Qeyd edək ki, Avropa Məhkəməsinin Böyük Palatasının 2018-ci il tarixli qərarında „S., V. AND A. v. DENMARK“ (Applications nos. 35553/12, 36678/12 and 36711/12) qeyd edilib ki, qabaqlayıcı həbs Avropa Konvensiyasının 5-ci maddəsinə uyğundur. Sözügedən qərarda məhkəmə işarə edir ki, Konvensiyanın 5-ci maddəsi polisin üzərinə düşən vəzifəni – ictimai təhlükəsizliyi və asayişi qorumaq vəzifəsini yerinə yetirməsi qeyri-mümkün olacaq şəkildə şərh edilə bilməz. Polis müəyyən formada operativ qərarlar qəbul etmək üçün diskresion səlahiyyətlərdən istifadə etməlidir.
Məhkəmə qeyd edir ki, sözügedən qərarın qəbulu üçün polisin ictimaiyyətə açıqlanmayan məlumat və əməliyyat materiallarına çıxışı olacaq. Məhz əsaslandırılmış qərarın qəbul edilməsi şəxsi əsassız və özbaşına saxlanılmadan qoruyur. Qabaqlayıcı polis tədbirlərini, o cümlədən qanun pozuntusunun təkrar törədilməsinin qarşısını almaq üçün qabaqlayıcı həbsləri bir sıra Avropa ölkələri, o cümlədən Danimarka, Çexiya və Almaniyanın hüquq sistemləri tanıyır. Diqqətəlayiqdir ki, qabaqlayıcı tədbirlərin heç biri polisə ümumi, mücərrəd təhdidə əsaslanmaqla hər hansı tədbir görməyə imkan vermir, üstəlik hansısa şəxs və ya şəxslər qrupunun cinayət törətməyə və ya digər zorakı hərəkətlərə meylli olması əsası ilə.
İnzibati xətanın təkrar törədilməsinin qarşısının alınması dedikdə, şəxs tərəfindən qanun pozuntusunun törədildiyi və eyni zamanda qanun pozuntusunun təkrar törədilməsinin real təhlükəsinin mövcud olduğu hal nəzərdə tutulur. Qanun pozuntusunun törədilməsinin real təhlükəsini aradan qaldırmaq dedikdə, konkret qanun pozuntusunun konkret şəxslər tərəfindən təkrar törədilməsi ehtimalının yüksək olması nəzərdə tutulur. Təhlükənin reallığı konkret faktlarla və ya məhkəməyə təqdim edilməli olan məlumatlarla sübut edilməlidir.
Burada qeyd edilməlidir ki, saxlanılan istənilən şəxsin saxlanılmasının qanuniliyinin yoxlanılması və saxlanılmasının qanunsuz sayıldığı halda müvafiq təzminat alması üçün məhkəməyə müraciət etmək hüququ var” – Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub.