Daxili İşlər Nazirliyi oktyabrın 4-də baş vermiş hadisələrlə bağlı daha bir nəfəri saxlayıb, ümumilikdə 46 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi oktyabrın 4-də baş vermiş hadisələrlə bağlı daha bir nəfəri saxlayıb, ümumilikdə 46 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları 4 oktyabrda Tbilisidə zorakı hərəkətlər törətmiş şəxslərin müəyyən edilməsi və saxlanılması məqsədilə fasiləsiz rejimdə operativ-istintaq tədbirləri həyata keçirirlər”, – deyə Daxili İşlər Nazirliyinin bəynatında deyilib.

Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, qeyd olunan cinayət işi üzrə aparılan istintaq tədbirləri çərçivəsində Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları daha bir şəxsi – Q. K.-nı saxlayıblar.

“Polis tərəfindən ümumilikdə 46 nəfər saxlanılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə iştirak edən bütün şəxslər barəsində müvafiq qanuni tədbirlərin görülməsi məqsədilə əldə edilmiş sübutların hərtərəfli tədqiqini davam etdirirlər.

İstintaq Cinayət Məcəlləsinin 317, 222, 225 və 187-ci maddələri ilə aparılır”, – deyə məlumatda qeyd olunub.