Daxili İşlər Nazirliyi Marneulidə qırmızı sirkulyarla axtarışda olan şəxsi saxlayıb

11:11, 31.01.2026

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Bölməsinin əməkdaşları qırmızı sirkulyarla axtarışda olan 1986-cı il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı M.İ.-ni saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs 2025-ci ilin dekabr ayından bəri Türkiyə Respublikası tərəfindən qəsdən adam öldürmə ittihamı ilə axtarışda olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları M.İ.-ni keçirilmiş istintaq hərəkətləri nəticəsində Marneulidə saxlayıblar.

Saxlanılan şəxsə qarşı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır.

Oxşar