Daxili İşlər Nazirliyi xüsusilə külli miqdarda narkotik vasitənin Gürcüstana qanunsuz gətirilməsi faktı üzrə Türkiyə vətəndaşını saxlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin gəlirlər xidmətinin Gömrük Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana gətirilməsi ittihamı ilə Türkiyə Respublikası vətəndaşını, 1993-cü il təvəllüdlü U.O.-nu saxlayıblar. Məlumatı DİN yayır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları “Sarpi” sərhəd-keçid məntəqəsində təqsirləndirilən şəxslərin üzərində aparılan şəxsi yoxlama nəticəsində xüsusilə külli miqdarda — 21 bağlamaya qablaşdırılmış “kokain”i maddi sübut kimi götürüblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri üzrə aparılır, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur”, – məlumatda qeyd olunur.