Daxili İşlər Nazirliyi istintaq sisteminin islahatına başlayır
Daxili İşlər Nazirliyi istintaq sisteminin islahatına başlayır

“Redison Blu İveria” mehmanxanasında Avropa İttifaqının cinayət hüququnun dəstək layihəsinin yardımı ilə, Daxili İşlər Nazirliyi “İstintaq sisteminin islahatı” adlı konfrans keçirdi.

Konfransı Daxili İşlər Naziri Giorgi Qaxaria açdı.

Daxili İşlər Nazirliyinin məlumatına görə, konfransda Gürcüstanın baş prokuroru Şalva Tadumadze da iştirak etdi.

Konfransın açılışında nitqlə çıxış edərkən, Daxili İşlər Naziri Giorgi Qaxaria kriminal polisdə islahatların həyata keçiriləcəyi barədə danışdı və qeyd olunan prosesi “Sistem yeniləşdirilməsinin” əsas komponentlərindən biri adlandırdı.

Tbilisi polis departamentərinin strukturlarındaki dəyişikliklərin əsas məqsədi odur ki, istintaq operativ və rayon istiqamətləri bir-birindən ayrı olsunlar. Konkret olaraq, isə, Tbilisi polis departamentində müstəntiqlər olacaqlar, hansılar ki, sadəcə istintaqla məşğul olacaqlar, detektivlər olacaqlar, hansılar ki, sadəcə operativ işlərlə məşğul olacaqlar, nizam-intizam ofiserləri olacaqlar, hansılar ki, prevensiya işləri ilə məşğul olacaqlar və həmçinin, həddi buluğa çatmayanlar departamenti olacaq, hansı ki, Tbilisi miqyasında az yaşlılar tərəfindən törədilən cinayətlərin istintaqı ilə məşğul olacaq.