Daxili İşlər Nazirliyi İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarışda olanTürkiyə vətəndaşını saxlayıb

11:52, 24.01.2026

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi İdarəsinin Acara Baş Şöbəsinin əməkdaşları tərəfindən İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarışda olan 2001-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı E.O. saxlanılıb.

Saxlanılan şəxs Türkiyə Respublikası tərəfindən döyüş sursatının qanunsuz əldə edilməsi və saxlanılması, sağlamlığa qəsdən zərər vurma və əmlakın zədələnməsi ittihamları ilə axtarışda olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş istintaq tədbirləri nəticəsində E.O.-nu Batumidə saxlayıblar.

Saxlanılan şəxsə qarşı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumayt yayır.

Oxşar