Daxili İşlər Nazirliyi ictimai nizamı pozmaq və xırda xuliqanlıq faktı üzrə iki nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi ictimai nizamı pozmaq və xırda xuliqanlıq faktı üzrə iki nəfəri saxlayıb

Daxili İşlər Nazirliyi ictimai nizamı pozmaq və xırda xuliqanlıq faktı üzrə iki nəfəri saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

“Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin əməkdaşları ictimai nizamı pozmaq və xırda xuliqanlıq faktı üzrə 1992-ci il təvəllüdlü A.S. və 1989-cu il təvəllüdlü N.Ç. İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsi ilə saxlayıblar.

Faktla bağlı inzibati hüquqi icraat aparılır”, – DİN-nin bəyanatında deyilib.