Daxili İşlər Nazirliyi qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin Duşeti Rayon Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü B.B.-nı qəsdən adam öldürmə ittihamı ilə “isti izlər”lə saxlayıblar.

DİN-in məlumatına görə, polis tərəfindən keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs Duşeti bələdiyyəsində məişət zəminində baş vermiş qarşıdurma zamanı 1954-cü il təvəllüdlü A.B.-yə fiziki hücum edib.

“Aldığı xəsarətlər nəticəsində A.B. hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində B.B. cinayət törədildikdən qısa müddət sonra “isti izlər”lə saxlanılıb.

İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır, bu da 15 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”, – məlumatda qeyd edilib.