Daxili İşlər Nazirliyi dörd fərqli cinayət işi üzrə korrupsiya və digər cinayətlərlə əlaqədar olaraq dörd nəfəri həbs edib, ümumilikdə isə 11 nəfər məsuliyyətə cəlb olunub
Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən gün ərzində Gürcüstanın müxtəlif bölgələrində keçirilən irimiqyaslı antikorrupsiya əməliyyatı nəticəsində dörd müxtəlif cinayət işi üzrə müəyyən edilmiş korrupsiya və digər cinayətlərlə əlaqədar dörd nəfər həbs edilib, – bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Emzar Qaqnidze brifinqdə bildirib.
Onun bildirdiyinə görə, ümumilikdə 11 nəfər məsuliyyətə cəlb olunub.
“İlk iş: külli miqdarda dələduzluq və saxta rəsmi sənədlərin hazırlanması və istifadə edilməsi, həmçinin külli miqdarda dələduzluqda kömək etmək faktı üzrə “Crosspoint” MMC-nin faktiki iş icraçıları, şirkətin 100%-lik səhmdarı və direktoru, həmçinin müqavilə şərtlərinin yerinə yetirilməsinin nəzarət və yoxlanılmasına cavabdeh olan iki şəxs məsuliyyətə cəlb edilib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Marneuli-Lomtaqora-Alqetinin 15,26 km uzunluğunda daxili əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işləri zamanı saxta rəsmi sənədlərin tərtibi və istifadəsi ilə dələduzluq yolu ilə Regional İnkişaf və İnfrastruktur Nazirliyinə məxsus 2.089.154 lari əldə ediblər və buna görə də dövlətə külli miqdarda ziyan vurublar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi ilə, 25-ci və 180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi ilə və 362-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndi ilə aparılır, bu da cəzanın növü və tədbiri olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
İkinci: Kaspi bələdiyyəsində rüşvət alma və rüşvət almaqda kömək etmə faktı üzrə, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyinin əməkdaşı və bir vətəndaş saxlanılıb. Onun köməyi ilə agentliyin əməkdaşı 560 lari müqabilində mal ətinin və ya istehlakçıya çatdırılan məhsulun yararlılığını yoxlamadan mal ətinin satışı üçün tələb olunan saxta sertifikatlar hazırlayıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi və 25-338-ci maddəsinin 1-ci hissəsi ilə aparılır, bu da cəza növü olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Üçüncü iş: Tbilisidə saxta valyutanın hazırlanması, satın alınması, saxlanması və işə keçirilməsi faktı üzrə bir nəfər həbs edilib. O, ümumilikdə 7000 saxta ABŞ dolları işə keçirib və bunun müqabilində vətəndaşdan 2450 ABŞ dolları alıb.
Bu cinayət əməli ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi ilə aparılır, bu da cəza növü olaraq 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Dördüncü cinayət işi: Sameqreloda, Çxorotsğu Munisipalitetində keçirilən istintaq hərəkətləri nəticəsində, külli miqdarda dələduzluq faktı üzrə MMC “New Passage”ın direktoru saxlanılıb, eləcə də külli miqdarda dələduzluğa kömək etmək faktı üzrə təqsirləndirilən şəxs qismində MMC “TIGA Auditescourt” nəzarətçi şirkətinin iki əməkdaşı məsuliyyətə cəlb olunub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi və 25, 180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi ilə aparılır, bu da cəza növü olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Sözügedən cinayətlərə dair istintaq çərçivəsində, məhkəmə qərarları əsasında gizli istintaq hərəkətləri həyata keçirilib və bunun nəticəsində həmin cinayət hərəkətinin törədilməsini əks etdirən audio və video sübutlar əldə edilib.
Korrupsiyaya Qarşı Mübarizə Agentliyi hər hansı korrupsiya cinayətinin aşkar edilməsi və qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirir.
Şəxsi korrupsiya planları ilə dövlətin və cəmiyyətin maraqlarına xələl gətirmək niyyətində olan hər kəsə bir daha ciddi xəbərdarlıq edirik – bütün korrupsiya sövdələşmələrini hərtərəfli araşdırmaq və onların qarşısını almaq üçün mümkün olan hər şeyi etmək üçün bizim müvafiq iradəmiz və imkanımız var. Müvafiq olaraq, həm bizim atdığımız, həm də atılacaq addımlarla bağlı müvafiq nəticələr çıxarsınlar və cinayət törətməkdən əl çəksinlər”, – DTX-də bildiriblər.