Daxili İşlər Nazirliyi - Doqquz yaşlı qızın qatili həbs edildi
Daxili İşlər Nazirliyi - Doqquz yaşlı qızın qatili həbs edildi

Qoridə doqquz yaşlı qızı qətlə yetirən şəxs həbs olunub, – bu barədə məlumatı Daxili İşlər Nazirinin müavini Kaxa Sabanadze Qoridə jurnalistlərə verdi.

Onun dediyinə görə, operativ-istintaq tədbirləri nəticəsində daha əvvəl də məsuliyyətə cəlb olunan vətəndaş İ.N. həbs edildi.

Qoridə, Liaxvi dərəsində, kiçik qızın cəsədini dünən tapdılar.

DİN-in məlumatına görə, qeyd olunan işin istintaqına Daxili İşlər Nazirinin müavini rəhbərlik edir.

Qətlə yetirilən qız uşağının ailə üzvlərinin dediklərinə görə, uşağın bədənində zorakılıq izləri var.

Uşaq tapılarkən, əlləri dəmir alyuminlə bağlanmışdı, başına isə, selofan taxılmışdı.