Daxili İşlər Nazirliyi bəyanat yayır.
Bəyanatda qeyd edildiyi kimi, davam edən aksiya/yürüş iştirakçıları məqsədyönlü və süni şəkildə Rustaveli prospektini bağlayırlar, DİN əməkdaşları tərəfindən isə qaydanı pozan şəxslər müəyyənləşdirilir və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cəzalar tətbiq edilir.
“Son dövrdə davam edən toplantı/yürüş iştirakçılarının inzibati qaydada cərimələnməsi ilə bağlı media vasitələri ilə yayılan məlumatlara münasibət bildirmək istərdik.
İctimaiyyəti əlavə məlumatlandırmaq məqsədi ilə izah etmək istəyirik ki, Gürcüstanın “Toplantılar və yürüşlər haqqında” qanununa əsasən, toplantı və ya nümayiş iştirakçılarının sayı tələb etmədikdə, nəqliyyatın hərəkət hissəsinin süni şəkildə bağlanması qadağandır. Qeyd olunan öhdəliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 174-cü əlavə maddəsində nəzərdə tutulmuş cinayət əməlini təşkil edir və 5000 lari məbləğində cərimə və ya 15 günədək müddətə inzibati həbslə cəzalandırılmağı nəzərdə tutur.
Son dövrdə ictimaiyyət açıq şəkildə görür ki, Tbilisidə Gürcüstan parlamenti qarşısında davam edən aksiya/yürüş iştirakçıları toplantıda iştirak edənlərin sayı tələb etməsə də, Rustaveli prospektini məqsədyönlü və süni şəkildə bağlayırlar.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qeyd olunan qanun pozucuları mütəmadi olaraq müəyyən edilərək İnzibati Xətalar Məcəlləsinin 174-cü əlavə maddədə nəzərdə tutulmuş cərimə tətbiq edilir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, hər bir qanun pozucusunun cərimə ilə razılaşmadığı təqdirdə Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayət vermək və sərəncamında olan sübutları təqdim etmək hüququ olduğu bildirilir. Şikayətə baxılması çərçivəsində Daxili İşlər Nazirliyi işin bütün faktiki hallarının əlavə ətraflı araşdırılmasını və şikayət üzrə müvafiq qərarın qəbulunu təmin edəcək”, – DİN-nin bəyanatında deyilib.