Daxili İşlər Nazirliyi bəyanat yayır
Gürcüstanın Daxili İşlər Nazirliyi media vasitələrindən birində yayımlanan və polislər tərəfindən törədilən cinayətdən bəhs edən anonsla bağlı bəyanat yayır.
Televiziya şirkətlərindən biri polis əməkdaşları tərəfindən törədilmiş zorakılıq faktını əks etdirən verilişin anonsunu yayıb.
Söhbət 2022-ci ilin yayında Acara bölgəsinə, Kobuletiyə ezamiyyətə göndərilmiş və kadrlarda əks olunan cinayəti törətmiş İmereti Polis Departamentinin üç əməkdaşından gedir.
Sözügedən cinayət cari ilin fevral ayında Gürcüstanın Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi tərəfindən aşkar edilib, oradan göndərilən materiallar əsasında istntaqa başlanılıb və 2026-cı ilin fevralın 23-də Gürcüstan Prokurorluğu tərəfindən hər üç polis əməkdaşı təqsirləndirilən şəxs qismində saxlanılıb.
Bizə məlumdur ki, anonsu yayan jurnalistlər də bu məlumata sahibdirlər, lakin onlar Daxili İşlər Nazirliyini qəsdən nüfuzdan salmaq məqsədilə sözügedən məlumatı verilişin anonsuna bilərəkdən daxil etməyiblər”, – bəyanatda deyilib.