Daxili İşlər Nazirliyi Batumidə “qırmızı bülletenlə” axtarışda olan Türkiyə vətəndaşını saxlayıb
Daxili İşlər Nazirliyi Batumidə “qırmızı bülletenlə” axtarışda olan Türkiyə vətəndaşını saxlayıb

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin Acara Baş İdarəsinin əməkdaşları Batumidə İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olan Türkiyə Respublikası vətəndaşı, 1990-cı il təvəllüdlü M.İ.-ni saxlayıblar.

Saxlanılan şəxs Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının tələbi əsasında, müxtəlif ağır cinayətlər törətdiyinə görə İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olub.

Hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.