Daxili İşlər Nazirinin birinci müavini Türkiyə Daxili İşlər Nazirinin müavini Münir Karaloğlu ilə görüş keçirib
Daxili İşlər Nazirinin birinci müavini Roni Mesxi Gürcüstanda rəsmi səfərdə olan Türkiyə Respublikası Daxili İşlər Nazirinin müavini Münir Karaloğlu ilə işgüzar görüş keçirib.
Tərəflər hüquq-mühafizə sahəsində mövcud tərəfdaşlığı, onun dərinləşdirilməsi perspektivlərini və əməkdaşlığın prioritet istiqamətini müzakirə ediblər. Cinayətkarlığa qarşı mübarizə məsələlərinə və bu baxımdan ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyinə xüsusi diqqət yetirilib. Həmçinin qurumlar arasında tərəfdaşlığın gücləndirilməsi prosesində polis attaşelərinin xüsusi rolu vurğulanıb.
Tərəflər birgə səylər nəticəsində Gürcüstan və Türkiyənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gələcəkdə daha da aktivləşəcəyinə ümid etdiklərini bildiriblər.
Görüşün sonunda Roni Mesxi səmərəli tərəfdaşlığa görə Münir Karaloğluna təşəkkür edib.