"Daxili işlər naziri Tbilisi Polis Departamentinin rəhbərləri ilə görüş keçirb
Daxili işlər naziri Qeka Qeladze birinci müavini Roland Mesxi ilə birlikdə Tbilisi polis Departamentinin rəhbərləri ilə görüş keçirib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
Agentliyin məlumatına görə, Qeka Qeladze Tbilisi Polis Departamentinin müxtəlif şöbə rəhbərlərindən paytaxtda cinayətkarlıqla mübarizə və polisə aid profilaktik tədbirlər barədə ətraflı məlumat dinləyib.
“Görüşdə polis fəaliyyətinin effektivliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərə və davam edən islahatlara diqqət yetirilib. Daxili işlər naziri Tbilisi Polis Departamentinin nümayəndələrinə ictimai təhlükəsizliyin və hüquq qaydasının qorunmasına görə təşəkkür edib”, – Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilib.