Daxili işlər naziri Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində işgüzar görüşlər keçirib
Daxili işlər naziri Qeka Qeladze Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində işgüzar görüşlər keçirib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayır.
Qurumun məlumatına görə, Qeladze polis departamentinin rəhbər şəxslərindən onların fəaliyyət sahəsində cinayətkarlıqla mübarizə və polisə aid profilaktik tədbirlər barədə ətraflı məlumat alıb, həmçinin regionda cinayət statistikası və açılma göstəriciləri ilə tanış olub.
“Qeka Qeladze, həmçinin Daxili İşlər Nazirliyinin Raça-Leçxumi və kvemo Svaneti bölgələrindəki struktur bölmələrində olub – o, Sərhəd Polisi Departamentinin, Fövqəladə Halların İdarə Olunması Xidmətinin və Ekspertiza-Kriminalistika Departamentinin iş sahələrinə, texnikasına və avadanlığına baxış keçirib.
Nazir polis bölmələrinin əməkdaşları ilə də görüşüb, nazirliyin prioritet istiqamətlərindən danışıb və onlara gördüyü işlərə görə təşəkkür edib.
Raça-Leçxumi və Kvemo Svaneti bölgəsində keçirilən işgüzar görüşlərdə daxili işlər nazirinin birinci müavini Roland Mesxi, nazir müavinləri Aleksandre Daraxvelidze və Qiorqi Butxuzi də iştirak edirdi”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.