Dağıstanda qismən səfərbərliyə qarşı etirazlar davam edir
Dağıstanda Rusiya prezidenti Vladimir Putinin elan etdiyi səfərbərliyə qarşı etirazlar hələ də davam edir. Mahaçqala və Xasaviurtda yüzlərlə insan küçələrdədir. Məlumatı “BBC” yayır.
Bununla yanaşı, küçələrdə sakinlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurmaların olması barədə də məlumat yayılır.
İlkin məlumata əsasən, 20-yə yaxın etirazçı saxlanılıb. Onlar arasında iki jurnalist də var.
Media tərəfindən verilən məlumatda polisin Xasaviurtda etirazçıları dağıtdığı deyilir.