Cüdo | Quram Tuşişvili üçüncü dəfə Avropa çempionu oldu - Gürcüstan millisi komanda yarışında birinci yeri tutdu#1TVSPORT
Tbilisidə davam edən Avropa Cüdo Çempionatında Gürcüstan milli komandasının kapitanı, ikiqat dünya və Avropa çempionu Quram Tuşişvili (+100) finalda çexiyalı Lukas Krpaleki məğlub edib və üçüncü dəfə Avropa çempionu oldu və Gürcüstan komandasına dördüncü qızıl medalını qazandırdı.
Gürcüstan millisi Avropa çempionatında yeddi medal qazandı. Eter Liparteliani (57 kq), Laşa Şavdatuaşvili (73 kq), Luka Maisuradze (90 kq) və Quram Tuşişvili (+100) Avropa çempionu oldular, Qiorqi Sardalaşvili (60 kq) və Tato Qriqalaşvili (81 kq) gümüş medal qazandı, İlia Sulamanidze isə (100 kq) bürünc medal qazandı.
Gürcüstan millisi komanda hesabında birinci yeri tutdu.