Cüdo | Quram Tuşişvili Avropa Çempionatının finalındadır, İlia Sulamanidze isə bürünc medal uğrunda mübarizə aparacaq#1TVSPORT
Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatında Gürcüstan millisinin kapitanı, dünya və Avropa çempionu Quram Tuşişvili (+100) yarımfinalda rusiyalı Valeri Endovitskini ipponla məğlub edib və finalda çexiyalı Lukaş Krpaleklə qarşılaşacaq.
Gürcüstan millisinin digər üzvü İlia Sulamanidze (100 kq) dörddəbir finalda məğlub oldu və bürünc medal uğrunda güləşəcək.
“Tbilisi Arena”da ilkin görüşlər saat 10:00-da başlayıb, final blokunun birbaşa yayımını isə saat 16:00-dan Birinci Kanal təqdim edəcək.