Cüdo | Laşa Şavdatuaşvili və Eter Liparteliani bu gün Paris Olimpiadasında mübarizə aparacaqlar #1TVSPORT
Cüdo | Laşa Şavdatuaşvili və Eter Liparteliani bu gün Paris Olimpiadasında mübarizə aparacaqlar #1TVSPORT

 
“Paris 2024” olimpiya oyunlarının cüdo turnirinin üçüncü yarış günündə Laşa Şavdatuaşvili (73 kq) və Eter Liparteliani (57 kq) medal qazanmaq üçün mübarizə aparacaqlar.

Hər üç olimpiya medalının sahibi Şavdatuaşvili birinci mərhələdə ev sahibi ölkənin təmsilçisi Joan Benjamin Qaba ilə qarşılaşacaq. Qələbə qazanacağı təqdirdə isə Laşa ikinci mərhələdə tanzaniyalı və tonqalı idmançılar arasında yarışdan qalib ayrılanla qarşılaşacaq.

Qeyd edilməlidir ki, gürcü, yapon Soiçi Haşimotonun qrupundadır və 1/4 finalda ola bilsin onunla qarşılaşmalı olsun.

Qadınlar arasında 57 kq-da Eter Liparteliani D qrupunda çıxacaq və onun ilk rəqibi britaniyalı Lili Nairn olacaq. Uğur qazanacağı təqdirdə isə gürcü Kot-d’İvuar təmsilçisi Dabone və özbək Aminova arasında yarışdan qalib ayrılanla qarşılaşacaq.

İlkin qarşılaşmalar saat 12:00-da başlayacaq. Xatırladaq ki, Parisdə cüdo turnirində Gürcüstan millisi hələlik medal qazanmayıb.