Cüdo | İlia Sulamanidze Lozanna Böyük Dəbilqə turnirinin 1/8 finalındadır #1TVSPORT
İsveçrənin Lozanna şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə (Grand Slam) turnirində İlia Sulamanidze (100 kq) ilk görüşünə çıxıb. O, Niderland təmsilçisi Maykl Koreli məğlub edərək 1/8 finala yüksəlib və bu mərhələdə onun rəqibi özbəkistanlı Turkinbek Turdiyev olacaq.
1/8 finalda Quram Tuşişvili (+100 kq) və Sopio Somxişvili (+78 kq) güləşəcəklər. Tuşişvilinin rəqibi ABŞ millisinin üzvü Aleks Semenenko, Somxişvilinin rəqibi isə Venesuela təmsilçisi Karen Leondur.
Akaki Caparidze və Luka Cavaxişvili (hər ikisi – 90 kq) turniri erkən tərk ediblər.