Cüdo | İlia Sulamanidze Avropa Çempionatında bürünc medal qazandı #1TVSPORT
Tbilisidə davam edən Avropa Cüdo Çempionatında hazırkı Avropa çempionu İlia Sulamanidze (100 kq) bürünc medal qazandı.
Gürcü cüdoçunun final blokundakı rəqibi azərbaycanlı Zelim Kotsoyev olmalı idi, lakin o, yarımfinalda diskvalifikasiya olundu və final blokunda yarışa bilməyəcək və müvafiq olaraq, bürünc medal Sulamanidzeyə veriləcək.
+100 kq çəki dərəcəsində finalda Gürcüstan millisinin kapitanı, dünya və ikiqat Avropa çempionu Quram Tuşişvili çexiyalı Lukaş Krpaleklə qarşılaşacaq – “Tbilisi Arenada” final blokunun birbaşa reportajını saat 16:00-dan Birinci Kanal təqdim edəcək.