Cüdo | Gürcüstan yığması dünya çempionudur #1TVSPORT
Cüdo | Gürcüstan yığması dünya çempionudur #1TVSPORT

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Gürcüstan yığması qarışıq komanda yarışının finalında Cənubi Koreya komandasına 4:1 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanıb.

Qeyd etmək lazımdır ki, cüdo üzrə komanda çempionatı qarışıq komanda ilə (üç kişi, üç qadın) keçiriləndən bəri Gürcüstan yığması ilk dəfə dünya çempionu olub (Gürcüstan cüdoçuları iki dəfə bürünc medal qazanıb), bundan əvvəl isə Yaponiya yığması ardıcıl yeddi dəfə birinciliyi heç kimə vermədi. Bu il dünya çempionatı öncəsi apreldə qarışıq komanda yarışında Gürcüstan millisi Avropa çempionu olub.

Xatırladaq ki, 1/8 finalda gürcü cüdoçular Çin yığmasını 4:1 hesabı ilə məğlub etdilər, 1/4 finalda İtaliyaya 4:0 qalib gəldilər, yarımfinalda isə yeddiqat dünya çempionu Yaponiya üzərində 4:2 hesablı qələbə qazandılar.

Başa çatan dünya çempionatında fərdi yarışlarda Gürcüstan yığması ümumilikdə dörd medal qazandı – Eter Liparteliani (57 kq) dünya çempionu oldu, Tato Qriqalashvili (81 kq) və Quram Tuşişvili (+100 kq) gümüş medal qazanaraq vitse-çempion oldular, Luka Maisuradze (90 kq) isə bürünc medal qazandı.