Cozef Borrell yaxın həftələrdə Aİ-Mərkəzi Asiya Sabit İttifaq Konfransının keçiriləcəyi Səmərqəndə səfər edəcək

19:25, 04.11.2022

 

Yaxın həftələrdə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell Aİ-Mərkəzi Asiya Sabit İttifaq Konfransının keçiriləcəyi Özbəkistanın Səmərqənd şəhərinə səfər edəcək.

Borrell bu barədə “G7”nin xarici işlər nazirlərinin iclası başlamazdan əvvəl açıqlayıb.

“Bu əlaqələrimizi, tərəfdaşlığımızı gücləndirmək və hazırkı şəraitdə getdikcə daha çox əhəmiyyət kəsb edən dünyanın bu hissəsində sərmayələrimizi və iştirakımızı artırmağı nəzərdə tutan “Qlobal Qapı” strateji investisiya proqramımızı inkişaf etdirmək üçün yaxşı fürsət olacaq” – deyə Borrell bildirib.

Cozef Borrell bildirib ki, strateji nöqteyi-nəzərdən Mərkəzi Asiya regionu getdikcə daha çox əhəmiyyət kəsb edir.

“Onlar öz xarici siyasətlərini şaxələndirməyə çalışırlar, onlar artıq Sovet Respublikaları deyillər. Onlar Rusiyanı müstəqilliklərinə hörmət etməyə çağırırlar və biz onlarla əlaqələrimizi gücləndirməliyik”- deyə Cozef Borrell bildirib.

Avropa Şurasının prezidenti Şarl Mişel ötən həftə, Özbəkistana səfəri zamanı ilk dəfə konfransın noyabrda keçiriləcəyini açıqlayıb.

Oxşar