Cozef Borrell - Tayvan boğazında gərginliyin istənilən eskalasiyası xüsusi narahatlıq doğurur
Cozef Borrell - Tayvan boğazında gərginliyin istənilən eskalasiyası xüsusi narahatlıq doğurur

 
Tayvan boğazında gərginliyin istənilən eskalasiyası xüsusi narahatlıq doğurur-bu barədə Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrel bildirib.

Borrell daha təhlükəli vəziyyətin yaranmasını aradan qaldırmaq üçün bütün tərəfləri təmkinli olmağa çağırır.

“Tayvan boğazında baş verənlər, əlbəttə ki, hamımızda xüsusi narahatlıq doğurur. Biz təmkinli olmağa çağırırıq, daha təhlükəli vəziyyəti təşviq edə biləcək insidentdən qaçınmaq üçün hər kəsi vəziyyətin eskalasiyasından çəkinməyə çağırırıq”- deyə Borrell bildirib.

O , Tayvanda status-kvonun dəyişməməsinin vacib olduğunu bildirib.