Cozef Borrell – rusların hamısına Aİ vizalarının verilməsinin qadağan edilməsi ən yaxşı fikir deyil, biz daha seçici olmalıyıq

17:28, 22.08.2022

 

Xarici Siyasət və Təhlükəsizlik üzrə Aİ-nin Ali Nümayəndəsi Cozef Borrell bildirir ki, Aİ rus oliqarxlarına qapılarını açmamalıdır, lakin artıq bu vəziyyətdə yaşaya bilməyən və ölkəni tərk etmək istəyən Rusiya vətəndaşları var.

“Rusların hamısı üçün qadağa ən yaxşı fikir deyil. Biz daha seçici olmalıyıq” – deyə Cozef Borrell İspaniyada keçirilən mətbuat konfransında bildirib.

Bununla yanaşı, Borrell bəzi ölkələrin ruslar üçün viza verilməsini qadağan edən tədbirləri artıq gördüyünü, bəzilərinin isə bunu dəstəkləmək niyyətində olmadığını bildirib.

Oxşar