Cozef Borrell – Rusiyanın Ukraynaya qarşı istənilən nüvə hücumu Rusiya ordusunu məhv edəcək güclü hərbi cavabla qarşılanacaq
Rusiyanın Ukraynaya qarşı istənilən nüvə hücumu Rusiya ordusunu məhv edəcək güclü hərbi cavabla qarşılanacaq-bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə ali komissarı Cozef Borrell Briuqedə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
“Nüvə təhlükəsi var və Putin bunun onun tərəfindən blef olmadığını bildirir. O, özünə blef hüququnu verə bilməz. Ukraynanı dəstəkləyən xalqın, Aİ və onun üzvlərinin, ABŞ və NATO-nun blef etmədiyi aydın olmalıdır. Ukraynaya qarşı istənilən nüvə hücumu cavab yaradacaq, lakin bu nüvə cavabı deyil, Rusiya ordusunu məhv edəcək güclü hərbi cavab olacaq və Putin blefə baş vurmamalıdır” – deyə Cozef Borrell bildirib.
Cozef Borrell bildirib ki, Rusiyaya birlik, güc və qətilik nümayiş etdirilməlidir.
“Bu, bizim tariximizdə ciddi məqamdır və biz birliyimizi, gücümüzü və möhkəmliyimizi, tam qətiliyimizi göstərməliyik” -deyə Borrell bildirib.