Cozef Borrell Rusiyanın təcrid olunması və genişlənmə siyasəti vasitəsilə Avropa İttifaqının qonşularının dəstəklənməsini nəzərdə tutan Rusiya ilə münasibətlərin yeni prinsipləri layihəsini təqdim edib

17:37, 15.11.2022

 
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell Rusiyanın təcrid olunması və genişlənmə siyasəti vasitəsilə Avropa İttifaqının qonşularının dəstəklənməsini nəzərdə tutan Aİ-nin Rusiya ilə münasibətlərinin yeni prinsipləri layihəsini təqdim edib.

Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin hazırladığı layihəyə əsasən, Rusiya təcrid olunmalı, Moskvanın müharibə aparmaq vasitələrini məhdudlaşdırmaq üçün Rusiyaya qarşı çəkindirici tədbirlər görülməli və həyata keçirilməlidir.

Qərb mətbuatı yazır ki, Rusiyanın Ukraynaya təcavüzü və indiki geosiyasi mənzərənin dəyişməsi təxminən onillik durğunluqdan sonra Aİ-nin genişlənmə prosesinin canlanmasına səbəb olub. Medianın məlumatına görə, dəyişikliklər həm də dərk etməyə səbəb olub ki, Aİ-nin yaxın qonşuluğunda sabit və təhlükəsiz mühitə olan strateji marağı növbəti üzvün kimin olacağı ilə bağlı müzakirələrdən kənara çıxmalıdır.

Borrelin layihəsi həmçinin üzv dövlətləri “qaydalara əsaslanan beynəlxalq nizamı qorumaq və gücləndirmək üçün dünya üzrə tərəfdaşlarla və NATO müttəfiqləri ilə yaxından işləməyə” çağırır. Layihəyə əsasən, təsir dairələrinin XXI əsrdə yeri yoxdur və gələcək Avropa təhlükəsizlik nizamının bir hissəsi ola bilməz.

“Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropa İttifaqının təhlükəsizliyini və müdafiəsini müvafiq qaydada uyğunlaşdırmağı daha aktual edir” -deyə layihədə qeyd edilir.

Aİ diplomatları bildiriblər ki, layihə Almaniya da daxil olmaqla bir çox ölkə tərəfindən müsbət qəbul edilib, lakin bəzi ölkələr buna şübhə ilə yanaşır və mətndə konkret ifadələrin yer alacağına ümid edirlər.

Oxşar