Cozef Borrell Rusiyanın bütün vətəndaşlarına vizanın verilməsinə qadağanın qoyulması üçün lazımi dəstəyin olmayacağını bildirir
Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell Rusiyanın bütün vətəndaşlarına vizanın verilməsinə qadağanın qoyulması üçün lazımi dəstəyin olmayacağını bildirir. “Reuters” agentliyinin məlumatına görə, bu barədə Borrell mətbuata danışarkən açıqlayıb.
“Rusiyanın mülki əhalisi ilə münasibətlərin kəsilməsinin bizə kömək edəcəyini və bu fikrin lazımi yekdilliyə malik olacağını düşünmürəm” -deyə Borrell bildirib.
“Reuters”in yazdığı üzrə, bu həftənin sonunda Aİ-nin xarici işlər nazirləri Rusiya vətəndaşlarına viza verilməsinə qadağa məsələsini müzakirə etmək üçün Brüsseldə bir araya gələcəklər.
“Fikrimcə, biz bəzi ruslara viza verilməsi yollarına baxmalıyıq, oliqarxlara təbii ki, yox. Biz daha seçici olmalıyıq. Lakin, mən bütün ruslara viza verilməsinin dayandırılmasının tərəfdarı deyiləm” – deyə Cozef Borrell bildirib.