Cozef Borrell – müdafiə və təhlükəsizlik sahəsində fəaliyyəti gücləndirməli, sabit və firavan Cənubi Qafqaz üçün iştirakı davam etdirməliyik

17:55, 12.12.2022

 

Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi Avropaya yenidən müharibə gətirdi. Bu gün biz çox fərqli şərq qonşuluğuna baxırıq – bu barədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell açıqlayıb.

Borrell Şərq Tərəfdaşlığı siyasətinin genişlənmə prosesinə paralel olaraq davam etdirilməli olduğunu bildirib.

“Aİ-nin təmsilçiliyinin artırılması, inteqrasiya və Şərq Tərəfdaşlığının adaptasiyasına yönəlik çağırışlar və tərəfdaşlığın fərqli ehtiyaclar ilə bağlı çağırışlar dinlədik. Şərq Tərəfdaşlığının illik ministerialında regional əməkdaşlığın hərəkətverici qüvvəsi kimi genişlənmə prosesi ilə yanaşı Şərq Tərəfdaşlığı siyasətini davam etdirməyi təklif edirəm. Biz müdafiə və təhlükəsizlik sahəsində fəaliyyəti gücləndirməli, sabit və firavan Cənubi Qafqaz üçün iştirakı davam etdirməliyik” -deyə Borrell açıqlayıb.

Oxşar