Cozef Borrell – İsrail və “Hizbullah” arasında gərginlik demək olar ki, genişmiqyaslı müharibədir

12:56, 24.09.2024

 
İsrail və “Hizbullah” arasında gərginlik demək olar ki, genişmiqyaslı müharibədir – bu haqda Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Avropa İttifaqının ali komissarı Cozef Borrell deyir. Bu haqda məlumatı “Reuters” agentliyi yayır.

“Bu vəziyyət son dərəcə təhlükəli və narahatedicidir. Deyə bilərəm ki, biz demək olar ki, genişmiqyaslı müharibə şəraitindəyik. Əgər bu müharibə vəziyyəti deyilsə, buna nə deyərdiniz bilmirəm” – Borrell Nyu Yorkda jurnalistlərə deyib.

Avropa İttifaqının ali nümayəndəsi bildirib ki, gərginliyi azaltmaq üçün səylər davam edir, lakin “Avropanın münaqişənin yayılması ilə bağlı ən böyük qorxusu reallığa çevrilir”.

Borrellin qeyd etdiyi kimi, baş verən hadisələrə görə ən yüksək bədəli mülki əhali ödəməli olur. O bildirib ki, genişmiqyaslı müharibəni aradan qaldırmaq üçün bütün diplomatik səylər zəruridir.

“Burada, Nyu-Yorkda bunu etmək məqamıdır. Hər kəs müharibəyə doğru olan bu yola son qoymaq üçün maksimum səy göstərməlidir” – Cozef Borrell deyib.

Oxşar