Cozef Borrell - Gürcüstan hökuməti Avropa İttifaqına üzv olmaq istəyirsə, qəbul etdiyi qanunu dəyişməli, seçkilər zamanı görünən problemləri aradan qaldırmalıdır
Cozef Borrell - Gürcüstan hökuməti Avropa İttifaqına üzv olmaq istəyirsə, qəbul etdiyi qanunu dəyişməli, seçkilər zamanı görünən problemləri aradan qaldırmalıdır

Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd hesab edilməsi üçün güclü dəyişikliklərə ehtiyacı var, – bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrell Ukraynanın “Evropeyskaya Pravda” nəşri ilə söhbətində bildirib.

“Biz Gürcüstan hökumətinə deyirdik ki, onlar Avropa yolundan dönürlər. Əgər Avropa İttifaqına üzv olmaq istəyirlərsə, qəbul edilmiş qanunları dəyişdirməli, seçkilər zamanı görünən problemləri aradan qaldırmalı, öz yoluna qayıtmalıdırlar. Hələ də Avropa İttifaqı üzvlüyünə namizəd hesab edilmələri üçün onların güclü dəyişikliklərə ehtiyacı var”, – Borrell bildirib.

Borrellin dediyinə görə, Ukrayna ilə vəziyyət tamam başqadır.

“Mən Gürcüstanla Ukrayna arasında heç bir oxşarlıq görmürəm. Avropa İttifaqının üzvlüyü ilə Ukrayna prezidenti və hökuməti ilə yanaşı , Ukraynanın cəmiyyəti də tam maraqlanır. Şübhə yoxdur ki, ölkəniz Avropa İttifaqına üzv olmaq istəyir. Ukraynanın Avropa İttifaqı üzvlüyü Ukraynaya təklif edə biləcəyimiz ən güclü təhlükəsizlik öhdəliyi və ya təhlükəsizlik zəmanətidir. Gürcüstanla bağlı vəziyyət həqiqətən fərqlidir”, – Borrell müsahibəsində bildirib.

Avropa İttifaqı Gürcüstan hökumətindən “ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” və “xarici təsirin şəffaflığı haqqında” qanunlarını ləğv etməyi tələb edir.