Cozef Borrell - Avropa İttifaqının xarici işlər nazirləri Viktor Orbanın Rusiya və Çinə səfərlərinə necə cavab verəcəklərini, eləcə də Avropa İttifaqının Ukraynadakı rolu ilə bağlı Macarıstanın mövqeyini müzakirə edəcəklər
Cozef Borrell - Avropa İttifaqının xarici işlər nazirləri Viktor Orbanın Rusiya və Çinə səfərlərinə necə cavab verəcəklərini, eləcə də Avropa İttifaqının Ukraynadakı rolu ilə bağlı Macarıstanın mövqeyini müzakirə edəcəklər

 

Avropa İttifaqının xarici işlər nazirləri Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya və Çinə səfərlərinə necə cavab verəcəklərini, eləcə də Avropa İttifaqının Ukraynadakı rolu ilə bağlı Macarıstanın mövqeyini müzakirə edəcəklər. Bu haqda Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell media ilə danışarkən qeyd edib.

“Biz hadisəni və Macarıstan hökumətinin mövqelərini müzakirə edəcəyik” – Borrell bildirib və qeyd olunan hərəkətləri “qəbuledilməz” adlandırıb.

Media, Avropa İttifaqının bəzi üzv dövlətlərinin blokun Budapeştə qarşı daha sərt mövqe göstərməyini istədiyi haqda məlumat verir. Onların arasında boykot və avqustun sonunda Budapeştdə keçirilməsi planlaşdırılan qeyri-rəsmi görüşdə iştirak edən nazirlərin sayının azaldılması var, lakin bu haqda yekdil qərar qəbul edilməyib.

Lüksemburqun xarici işlər naziri qeyri-rəsmi görüşdə iştirak edəcəyini deyib və əlavə edib ki, Budapeştlə dialoqun qorunub saxlanılması mühümdür.

“Dialoqu göz ardı etmək və ya seçim etməmək səhv olardı”- Lüksemburqun xarici işlər naziri bildirib.

Məlumat üçün bildirək ki, Macarıstan iyul ayında Avropa İttifaqına sədr ölkə oldu. Ölkə rotasiya prinsipi ilə bloka altı müddət ərzində rəhbərlik edəcək. Sədr ölkə olduqdan sonra tezliklə Macarıstanın Baş naziri Pekinə və Moskvaya səfər etdi. Orban sözügedən səfərləri “sülh missiyası” adlandırdı.