Cozef Borrell – Amsterdamda baş verən zorakılığı qətiyyətlə qınayıram, antisemitizm və ya irqçiliyin istənilən təzahürü yolverilməzdir
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell Amsterdamda israilli azarkeşlərə edilən hücumu qınayır.
“Mən Amsterdamda futbol matçı ətrafında baş verən zorakılığı qətiyyətlə qınayıram. Antisemitizm və ya irqçiliyin istənilən təzahürü yolverilməzdir. Biz cəmiyyətimizə nifrət gətirə bilmərik. Dini və ya etnik zəmində istənilən zorakılıq əsaslı şəkildə Avropa dəyərlərinə ziddir”, – Borrell sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, “Ayaks” və “Makkabi Təl-Əviv” futbol matçından sonra Amsterdamda İsrail vətəndaşlarına hücum edilib, On nəfərə yaxın şəxs yaralanıb.