Cozef Borrell - 2008-ci ilin avqust müharibəsinin başlamasından 16 il tamam olur, Avropa İttifaqının Gürcüstanda münaqişələrin sülh yolu ilə həllinə sadiqliyi sarsılmazdır
Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell avqust müharibəsinin 16-cı ildönümü ilə əlaqədar bəyanat yayır.
Borrellin bəyanatında qeyd edildiyi kimi, Avropa İttifaqının Gürcüstanda münaqişələrin sülh yolu ilə həllinə sadiqliyi yenə də sarsılmazdır.
Bu bəyanata əsasən, Avropa İttifaqı Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yenə də qətiyyətli şəkildə dəstəkləyir.
“Avqustun 7-də Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqustunda müharibənin başlamasından 16 il tamam olacaq. Avropa İttifaqının Gürcüstanda münaqişələrin sülh yolu ilə həllinə sadiqliyi yenə də sarsılmazdır.
Abxaziya və Cənubi Osetiyanın işğal altındakı özünü elan etmiş bölgələrində Rusiyanın hərbi qüvvələrinin davam edən mövcudluğunu pisləyirik, bu beynəlxalq hüququ pozur və Rusiya tərəfindən 2008-ci ilin avqustun 12-də əldə edilmiş altı bəndlik saziş üzrə qoyulmuş öhdəliklərə ziddir. Gürcüstanda münaqişədən əziyyət çəkən əhalinin insan hüquqlarının pozulması halları o cümlədən “sərhədləşmə” siyasəti, keçid məntəqələrinin bağlanması, Rusiyanın hərbçiləri və de-fakto hakimiyyət tərəfindən qanunsuz saxlanılmalar nəticəsində davam edir. Hərəkət azadlığına qoyulan məhdudiyyətlərə son qoyulmalı, insan hüquqlarının pozulması ilə əlaqədar istintaqlar aparılmalı və bütün qurbanlar üçün ədalət təmin edilməlidir.
Biz münaqişələrin sülh yolu ilə, o cümlədən Avropa İttifaqının həmsədr səviyyəsində Cenevrə Beynəlxalq Müzakirələrində (GID) iştirakı, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndəsinin fəaliyyəti və Avropa İttifaqının Gürcüstanda Monitorinq Missiyasının (EUMM) yerində davamlı fəaliyyəti vasitəsilə həllinə tam sadiqik. Cenevrə Beynəlxalq Müzakirələrinin bütün iştirakçılarını 2008-ci ilin 12 avqust tarixli altı bənddən ibarət razılaşmasının tam şəkildə həyata keçirilməsinə nail olmaq üçün müzakirələrdə konstruktiv iştirak etməyə çağırırıq.
Avropa İttifaqı Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yenə də qətiyyətli şəkildə dəstəkləyir” – bəyanatda qeyd olunub.