Cozef Borell Aİ səfirlərini tənqid edir – nəsə baş verəndə dərhal məlumat almalıyam, yerinizdə olduğunuzu bizə göstərin

13:22, 11.10.2022

 

Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Aİ səfirlərini tənqid edir. Cozef Borell bu barədə Brüsseldə keçirilən səfirlərin görüşündə açıqlama verib.

“Euroactive”, Borellin Avropa İttifaqının müxtəlif ölkələrə təyin olunmuş diplomatik xidmətin rəhbər şəxslərini Avropa İttifaqının xarici siyasət idarəsinə məlumatı daha tez çatdırmağa çağırdığı barədə yazır.

O, diplomatik missiyaların olduqları yerdə baş verən hadisələrə əksər hallarda olduqca yavaş reaksiya verdiklərini bildirib.

“Mənə ölkələrinizdə baş verənlərlə bağlı tez, real vaxtda hesabat lazımdır. Mən məlumatı jurnalistlərdən yox, sizdən istəyirəm”-deyə Borell bildirib.

Borell diplomatları 24 saatlıq rejimdə işləməyə çağırıb.

“Nəsə baş verəndə dərhal məlumat almalıyam. Nümayəndə heyətimizin barəsində heç nə demədiyi məlumatı qəzetlərdə oxumağa davam etmək istəmirəm. Əgər ilk saatlarda tam məlumatınız yoxdursa, sadəcə olaraq bizə yerdə olduğunuzu göstərin” -deyə Aİ-nin baş diplomatı bildirib.

Oxşar