Corcia Meloni – Polşaya ola bilsin rus deyil, Ukrayna raketinin düşməsi fərziyyəsi işin mahiyyətini bir az dəyişir, hadisəyə görə Rusiya tam məsuliyyət daşıyır

18:46, 16.11.2022

 
Polşaya ola bilsin rus raketi deyil, Ukraynanın hava hücumundan müdafiə raketinin düşməsi fərziyyəsi işin mahiyyətini bir az dəyişir, hadisəyə görə Rusiya tam məsuliyyət daşıyır -bu barədə İtaliyanın baş naziri Corcia Meloni bildirib.

O bildirib ki, raket Ukraynanın hava hücumundan müdafiə sisteminin raketi olsa belə, hadisəyə görə Rusiya tam məsuliyyət daşıyır.

“Rusiya beynəlxalq hüququn bütün normalarını pozaraq, Ukraynanın mülki infrastrukturunu sistemli şəkildə məhv edir. Rusiya tərəfindən sərhədyanı ərazinin bombalanması zamanı Polşa ərazisinə zərbə endirilmə mümkünlüyü faktı açıq-aydın riskdir, bunu ruslar yaxşı bilirlər. Beləliklə, mülki obyektlərin cinayətkarca bombalanmasını dayandırmağa çalışan Ukrayna hava hücumundan müdafiə raketi olsa belə, insidentə görə Rusiya tam məsuliyyət daşıyır” -deyə Corcia Meloni bildirib.

Oxşar