Corcia Meloni -Düşünürəm ki, Makron haqlıdır, Avropa İttifaqının da Rusiya ilə danışmasının vaxtıdır
Corcia Meloni -Düşünürəm ki, Makron haqlıdır, Avropa İttifaqının da Rusiya ilə danışmasının vaxtıdır

“Düşünürəm ki, Makron haqlıdır, Avropa İttifaqının da Rusiya ilə danışmasının vaxtıdır”, – bu barədə İtaliyanın Baş naziri Corcia Meloni bildirib.

Onun sözlərinə görə, əgər Avropa yalnız iki tərəfdən biriylə danışırsa, onun müsbət töhfəsi məhdud olacaq.

“Düşünürəm ki, Makron bu məsələdə haqlıdır. İnanıram ki, Avropanın da Rusiya ilə danışmasının vaxtıdır. Əgər Avropa danışıqların bu mərhələsində yalnız iki tərəfdən biri ilə danışmaqla iştirak etmək qərarına gəlsə, qorxuram ki, onun müsbət töhfəsi nəticədə məhdudlaşacaq”, – Corcia Meloni qeyd edib.

Meloni bildirib ki, Avropa İttifaqı Rusiya Prezidenti Vladimir Putinlə birbaşa işləyəcək və çaşqınlığın qarşısını alacaq bir nümayəndə təyin etməlidir.

“Əgər səhv etsək və bir tərəfdən Rusiya ilə dialoqu bərpa etmək, digər tərəfdən isə bunu qeyri-mütəşəkkil şəkildə davam etdirmək qərarına gəlsək, Putinə xidmət etmiş olacağıq. “Bu problem bizdə əvvəldən mövcuddur. Danışan səslər çoxdur, formatlar çoxdur”, – deyə Meloni qeyd edib.

Məlumat üçün bildirək ki, Fransa Prezidenti Emmanuel Makron Vladimir Putinlə söhbətin faydalı olacağını bildirib.