Corcia Meloni - Donald Trampın Müqəddəs Ataya qarşı söylədiyi sözlər qəbuledilməzdir, katolik kilsəsinin rəhbərinin müharibənin bütün formalarını pisləməsi isə düzgün və normaldır
İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampı Roma Papası XIV Leo ilə bağlı bəyanatına görə tənqid edib.
Meloninin sözlərinə görə, Donald Trampın Roma Papasına qarşı tənqidi qəbuledilməzdir.
“Prezident Trampın Müqəddəs Ataya ünvanladığı sözləri qəbuledilməz hesab edirəm. Roma Papası Katolik Kilsəsinin rəhbəridir və onun sülhə çağırması və bütün müharibə formalarını pisləməsi düzgün və normaldır”, – deyə Meloni bildirib.
Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp “Roma Papasının cinayətkarlığa qarşı zəif, xarici siyasətdə isə dəhşətli olduğunu” bildirib. Onun sözlərinə görə, ABŞ prezidentini tənqid edən Roma Papası istəmir.